`Ərimdə silah var`


15:46     02 May 2015 777777777777777777777777.jpg

Bakı sakinindən silah götürülüb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Elnarə Bağır qızı Əsgərova 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1969-cu il təvəllüdlü Furqan Seyidzadə yaşadığı mənzildə “Naqan” tipli pnevmatik tapança saxlayır.

Ərizə üzrə hadisə yerinə baxış keçirən polis əməkdaşları mənzildən ərizədə qeyd olunan silah aşkar edərək götürüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1433